İdman 21:06 09.10.2022

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qaldı

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" klubu Fransa Liqa 1-də növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Antuan Kambuarenin baş məşqçi olduğu komanda X turda "Renn"in qonağı oub. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ardıcıl 5 oyundur qaib gələ bilməyən "Nant" 7 xalla 19-cu pilləyə geriləyib.

Qeyd edək ki, "Qarabağ" Fransa təmsilçisinə qarşı ilk oyununu II turda Bakıda keçirib və 3:0 hesablı qələbə qazanıb. Komandalar arasında ikinci görüş oktyabrın 27-də səfərdə olacaq.