Xəbər lenti

İdman 11:47 30.04.2024

"Qarabağ" - "Neftçi" oyununun stadionu dəyişdi

Təşkilati işlərlə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında XXXIII turun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan "Qarabağ" - "Neftçi" oyununun məkanı dəyişib.

Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da baş tutacaq.

Qeyd edək ki, oyun öncədən nəzərdə tutulduğu kimi mayın 4-də, saat 19:30-da start götürəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->