Dünya 09:40 25.06.2022

Qarabağda casus ovu: Erməni qadın məmur saxlanıldı (VİDEO)

Qarabağdakı 1ondarma rejimin "Milli Təhlükəsizlik Xidməti" tərəfindən 2021-ci ildə milliyətcə erməni olan qadın məmur həbs olunub. 

Deyilənə görə, 2010-cu ilin may ayında "Facebook" vasitəsilə özünü xarici tədqiqat universitetinin əməkdaşı kimi təqdim edən xarici xüsusi xidmətin nümayəndəsi həbs olunan qadınla əlaqə saxlayıb. Həmin şəxs ondan Qarabağın və Ermənistanın sosial-iqtisadi, siyasi vəziyyəti, qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin fəaliyyəti və strukturu, qoşunlar haqqında, Ermənistan-Azərbaycan sərhədindəki insidentlər, müharibə nəticəsində Qarabağdan köç etmiş  ermənilərin sayı, onlara göstərilən dövlət dəstəyi, Qarabağdakı ab-hava və müəyyən proseslər haqqında məlumatlar alırmış.

23 oktyabr 2021-ci il tarixində xarici xüsusi xidmət zabitinin dəvəti və maliyyəsi ilə həmin qadın Ukrayna gedib. İki xarici xüsusi xidmət orqanının nümayəndəsi ilə görüşüb və  verdiyi məlumatlara görə onlardan 400 dollar,  bahalı ətir hədiyə alıb və onlara ayda 300 dollar müqabilində maraqlı məlumatların verilməsi müqabilində işi davam etdirmək öhdəliyi müqaviləsi bağlayıb.

2022-ci il yanvarın 28-də əməkdşlığa cəlb olunan qadın qadın Gürcüstana gedib, Tbilisidə onlarla görüş zamanı 1500 dollar, həmçinin bahalı hədiyyələr, ətir, çanta, xüsusi proqramlı "İphone 11" telefonu alıb.

Telman