Dünya 11:32 25.06.2022

Qarabağda ölən erməni əsgərin anası: "Dedilər ki, "düşmən" hücum edib..."

Qarabağdakı qondarma rejimin  silahlı birləşmələrində qeyri-döyüş şəraitində həlak olan əsgərlərin yaxınları övladlarının ölüm səbəbləri ilə bağlı suallara cavab ala bilmir və buna görə "ordu rəhbərliyi”ni ittiham edir.

Bel ki, 2019-cu il dekabrın 2-də qondarma rejimin "müdafiə ordusu"nun şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birinin müdafiə postunda meyiti tapılan çağırışçı Artur Ajamyanın anası Qohar Feroyan oğlunun ölümünün hansı şəraitdə baş verməsi barədə infotmasiya tələb edir. Bu məqsədlə Ermənistanın və qondarma rejimin bir sıra hökümət qurumlarına və Müdafiə Nazirliyinə müraciət etsə də, cavab ala bilməyib.

Qohar Feroyan ölən oğlunu geri qaytara bilməyəcəyini, ancaq oğlunun ruhunun dinc və rahat olması üçün hansı şəraitdə öldüyünü bilmək istəyir: "Mən əminəm ki, oğlumun başına gələnlər təsadüfi deyil. Övladım ölməzdən əvvəl mənimlə əlaqə saxlayıb, telefonla daim danışırdıq. İndi bilmək istəyirəm ki, oğlumu niyə əlimdən aldılar? O kimə nə etmişdi? Öncə bizə məlumat verdilər ki, uşaqların növbə çəkdiyi posta "düşmən” hücum edib və onları ölümcül yaralayıb. Sonra isə dediklərini inkar edib bildirdilər ki, sən demə onlar naməlum səbəblərdən güllələniblər və nəticədə mənim oğlum ölüb, onun əsgər dostu Davit isə ağır yaralanıb. Bu dələduzlar özləri uşaqlarımızı qəsdən öldürüb, sonradan "düşmən”in üstünə atırlar. İndi deyin görüm, bu millətin əsl düşməni kimdir? Azərilər, yoxsa bizim qanı xarablar?

Oğlumun işi bu günə kimi bağlı qalıb, mənə hadisə ilə bağlı heç bir dəqiq cavab vermirlər. Deyirəm, icazə verin gedim oğlumun əsgər dostu Davit Melikbekyanla görüşüm. Deyirlər ki, o, hələ sağalmayıb və  anası görüşməyə icazə vermir. Nə edəcəyimi bilmirəm, yenidən vəkilə müraciət edəcəm, onun vasitəsilə Davitlə görüşə gedəcəm. Qoy Melikbekyan oğlumun öldüyü gün nə baş verdiyini danışsın”.

Onun sözlərinə görə, 3 il ərzində hökumətin heç bir nümayəndəsi, o cümlədən Müdafiə Nazirliyi ona baş çəkməyib, qəzalı evdə təkbaşına necə yaşayır: "İndi mənim çoxlu suallarım var, cavabı kimdən almalıyam? Bayaq bildim ki, müdafiə nazirimiz dəyişib, bilmirəm nə edim ki, gedib onunla görüşüm, oğlumun işindən xəbəri olub-olmadığını soruşum. Oğlumdan sonra səhhətimdə problemlər yarandı, əməliyyat olundum, amma heç kim kömək etmədi, çarəsiz qalmışam, heç olmasa oğlumun ölüm səbəbini dəqiq bilmək istəyirəm".

Telman