Dünya 17:36 12.05.2023

Qaribaşvili Qərbi qınadı: Gürcüstana hücumdan sonra heç nə etmədilər, indi isə...

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qərb ölkələrini Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzünə düzgün reaksiya vermədiklərinə görə qınayıb və Tbilisidən Ukraynanı işğal etdiyinə görə indi Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsini ədalətsizlik hesab edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Georgia Online” yazır.

Gürcüstan hökumətinin başçısının sözlərinə görə, 2008-ci ildə Rusiyanın işğalından sonra Qərbin Rusiyaya qarşı siyasəti əvvəlki kimi davam edib və "heç kim heç nə etməyib”.

"Avqust müharibəsindən sonra bizdə də dağıntılar oldu, insanlar öldü, ərazilərimizi itirdik, amma heç kim heç nəyə baxmadı... Siyasət olduğu kimi davam etdi. Sizə maraqlıdırsa, Avropa Birliyinin Rusiyadan aldığı malların dəyəri 2,5 trilyon dollardır! Söhbət hansı sanksiyalardan gedir? Ərazimiz işğal olunduğuna və müharibə apardığımıza görə heç kim heç nə etmədi, sanksiyalar tətbiq etmədi və biz buna dözməli olduq”, - Qaribaşvili bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Rusiya Gürcüstana uçuşları dayandırdıqda, ABŞ və Aİ diplomatları Rusiyanı uçuşları bərpa etməyə çağırıblar.

"Bu gün biz Ukraynaya rəğbət bəsləyirik və həqiqətən istəyirik ki, bu fəlakət tezliklə başa çatsın. Ancaq Ukraynada müharibə və fəlakət olduğu üçün biz buna qarışmalıyıq, məhv edilməlidir, "ikinci cəbhə” açılmalıdır, şəhərlərimiz bombalanmalıdır, onlar poliqona çevrilməlidir və insanlarımız nəfəs almamalıdır?

Məntqilidirmi?

Qərb dostlarından soruşuram: siz mənə deyirsiniz: ticarəti dayandırın, iqtisadiyyatı dayandırın, uçuşları bərpa etməyin, niyə bunu etmirsiniz?” Qaribaşvili davam edərək, Qərbi ötən il "Rusiyaya 300 milyard pul verdiyinə” görə qınayıb.

Nizami Bağırov