Video 16:02 27.06.2021

Qazaxda təbiətə ziyan vuran balıqçılarla bağlı DİN-dən açıqlama (VİDEO)

Sosial şəbəkədə Qazaxda təbiətə ziyan vuran balıqçılar barədə videogörüntü paylaşılıb. 

Paylaşımda görüntülərin Qazax rayonunun İkinci Şıxlı kəndində lentə alındığı qeyd edilir.

Kənd sakinin iddialarına görə, su polisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qanunsuz olaraq, kütləvi şəkildə balıqları məhv edənlər barədə tədbir görmür.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, məlum görüntülərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqsində araşdırmalar balşanılıb:

"Hazırda həmin balıqçının müəyyən edilərək, məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Səevətlər Nazirliyindən Oxu.Az-a bildirilib ki, yayılan videogörüntülər barədə hadisə yerində müvafiq araşdırma aparılacaq.