Dünya 17:57 25.07.2022

Qazaxıstan Rusiya ilə müharibəyə hazırlaşmağa başladı - WSJ

Qazaxıstan postsovet məkanında Kremlin geosiyasi ambisiyaları siyahısında növbəti sırada olmaqdan ehtiyat edərək hərbi büdcəsini kəskin şəkildə artırır və Çin və NATO ilə əməkdaşlığı genişləndirir.

"The Wall Street Journal” yazır ki, Qazaxıstan hakimiyyəti müdafiə üçün əlavə 441 milyard təngə və ya 918 milyon dollar ayırmağa qərar verib. Qazaxıstan rəsmisi WSJ-yə bildirib ki, ölkənin ümumi hərbi büdcəsi (ötən il 1,7 milyard dollar) bununla da təxminən 1,5 dəfə artacaq və vəsaitin bir hissəsi müdafiə ehtiyatlarının gücləndirilməsinə yönəldiləcək.

Onun sözlərinə görə, hakimiyyət Ukraynanın şiddətli müqavimətindən dərs alıb və ordunun daha mobil və həm birbaşa hərbi əməliyyatlar, həm də kiberhücumlar, dezinformasiya və seçkilərə müdaxiləni əhatə edə biləcək "hibrid müharibəyə” hazır olması üçün islahatlara ehtiyac olduğunu görür. 

Mərkəzi Asiya ölkəsindəki başqa bir yüksək vəzifəli məmur WSJ-yə bildirib ki, Rusiyanın keçmiş Sovet İttifaqındakı ambisiyaları artan qorxuya səbəb olur. "Biri var ki, onların (Kreml - red.) hücum etmək üçün Ukrayna, Şərqi Avropa və bir çox başqa yerləri var. Təsəvvür edin, Ukrayna olmasaydı? - o soruşur. - Onda növbəti biz olardıq?"

Aqressiv Rusiya, Qərb və Çin arasında incə xətt üzərində tarazlıq tutmağa məcbur olan prezident Kasım-Comart Tokayev müttəfiqlər axtarır və onları tapır. Aprel ayında Çinin müdafiə naziri Vey Fenxe Qazaxıstana səfər edib və onun səfəri nəticəsində iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub. May ayında Tokayev Ankaraya səfər edib və orada türk pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı müqavilə imzalanıb. Liviyadakı rusiyayönlü özəl hərbi şirkətlərin və Qarabağdakı Ermənistan ordusunun "kabusuna” çevrilən, sonra isə Ukrayna Silahlı Qüvvələri tərəfindən istismaq edilən "bayraktarlar” Qazaxıstandakı birgə müəssisədə istehsal olunacaq.

Çin və Türkiyənin dəstəyini alan Tokayev iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Vladimir Putinlə eyni səhnədə "DXR” və "LXR”nin tanınmamasıyla bağlı bəyanatı ilə Rusiya ictimaiyyətini şoka salmışdı. Rusiya buna cavab olaraq, Novorossiysk limanı vasitəsilə Qazaxıstan neftinin ixracını dayandırdı, lakin Qazaxıstan hakimiyyəti öz gömrük postları vasitəsilə paralel idxal imkanlarını əngəlləməklə hədələdikdən sonra tez bir zamanda bu qərar ləğv edildi.

MDB ölkələri institutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin rəhbəri və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq institutunun baş elmi işçisi Andrey Qrozin deyir ki, Rusiyanın Ukrayna ilə müharibəsi regionda Rusiyanın dominantlığını azaltmaq üçün fürsət görən Çin və Türkiyəni cəsarətləndirib. Səbəblər isə təkcə hərbi deyil: Qərbin sanksiyaları Qazaxıstanın Rusiya vasitəsilə Avropa ilə ticarətini praktiki olaraq dayandırıb və hakimiyyət Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə alternativ kanallar axtarır.

Müharibə başlayandan bir neçə həftə sonra Qazaxıstana ABŞ rəsmiləri, diplomatlar və hərbçilər, o cümlədən dövlət katibinin müavini Donald Lu və Pentaqonun mərkəzi komandanlığının yeni rəhbəri Erik Kurilla baş çəkib. WSJ-nin Dövlət Departamentindəki mənbələrinə görə, amerikalı diplomatlar Mərkəzi Asiya respublikalarının hökumətlərini Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıblar. Qrozin deyir ki, Moskva rəsmiləri bu cür təşəbbüslərdən gözlərini yumublar.

Kreml hələ Mərkəzi Asiyada problem içində olduğu görünmür, lakin Qazaxıstan hökuməti düşmənçilik etsə, bu, düşmən Ukraynadan daha böyük təhlükəyə çevriləcək, o, ölkələr arasında uzun sərhədi nəzərə alaraq xəbərdarlıq edir.

Nizami Bağırov