Göygöl rayonunda qələbə münasibəti ilə sevincindən restoranın həyətində havaya atəş açan şəxs həbs edilib. 
	
Qaynarinfo-nun məlumatına görə, hadisə Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən "Okean" adlı restorana baş verib. 
	
1983-cü ildə Laçın rayonunun Şamkənd kəndində doğulmuş, Göygöldə yaşayan Adil Zamanov (ad-soyad şərti) "Okean" adlı restorana yeyib-içmək üçün gedib. Özünün dediyinə görə, torpaqlarımızın işğaldan azad olunmasına sevindiyi üçün həmin restoranın həyətində özünə məxsus BMW markalı avtomobilin yük yerindən götürdüyü 12 kalibrli "Krici-Arms" markalı ov silahı ilə havaya bir dəfə atəş açıb. 
 
	
Hadisədən sonra polis tərəfindən saxlanılan Adil Zamanov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
	
Məkhəmənin qərarı ilə Adil Zamanov bu mаddə ilə təqsirli bilinib və 100 manat cərimə olunub.
	
Əhməd
             
            
Şərhlər