Dünya 22:50 18.04.2023

Qərb əks-hücuma cavab olaraq Putinin ən gözlənilməz hərəkətlərinə hazırlaşır - "The Guardian"

Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücum əməliyyatı fonunda Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin ehtimal olunan cavab addımlarına hazırlaşır, ən xoşagəlməz senariləri hesablayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

Bu problem, xüsusən də Yaponiyada keçirilən G7 xarici işlər nazirlərinin sammiti zamanı müzakirə olunub.

Məlumata görə, Qərb liderləri Putinin Ukraynanın hərbi irəliləyişlərinə cavab olaraq nüvə təhdidləri və kiberhücumlar da daxil olmaqla "əlində qalan alətlərdən” istifadə etməsinə hazırlaşır.

Xüsusilə, G7 ölkələrinin xarici işlər nazirləri bazar ertəsi, aprelin 17-də birgə bəyanat yayaraq, Kreml rejiminin təhdidlərini "qəbuledilməz” adlandırıb, onun rəhbərini faktiki olaraq Rusiya Federasiyası tərəfindən işğal altında olan Belarusda taktiki nüvə silahı yerləşdirməsini tənqid ediblər.

G7 danışıqlarında Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı vəziyyətə dair rəsmilər bildiriblər ki, müharibəyə son qoymaq üçün "gələcək perspektivlər” də daxil olmaqla "açıq fikir mübadiləsi” aparılıb. Müzakilərə zamanı Böyük Britaniyanın nümayəndələri qeyd ediblər ki, münaqişəni birdəfəlik həll etməyin yeganə yolu müvəqqəti işğal altında olan Krımdan Rusiya Silahlı Qüvvələrinin çıxarılması və yarımadanın işğaldan azad edilməsini başa çatdırmaq üçün Kiyevi alətlərlə təmin etməkdir.

Nizami Bağırov