Dünya 11:44 08.07.2022

Qərbi Azərbaycanda PKK ilə toqquşmada 4 SEPAH üzvü öldürüldü

Silahlı kürd partiyalarından biri ilə silahlı qarşıdurmada SEPAH-ın azı dörd üzvü ölüb.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

İranın rəsmi orqanları tərəfindən hələlik təsdiqini tapmayan bu xəbərə görə, toqquşma iyulun 7-də axşam saatlarında Qərbi Azərbaycan vilayətinin Səlmas şəhərinin sərhəd yüksəkliyində İnqilab Keşikçiləri ilə Kürd Pejak silahlıları arasında baş verib. 

Məlumatlı mənbələrə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun ən azı dörd üzvü də yaralanaraq xəstəxanaya aparılıb.

Bu münaqişənin səbəbləri və Kürdüstan Fəhlə Partiyasının itkilərinin sayı barədə heç bir məlumat dərc olunmayıb və hər iki tərəfə yaxın media bu münaqişənin təfərrüatları ilə bağlı xəbər dərc etməyib.

Qeyd edilir ki, Kürdüstan Pejak İşçi Partiyası PKK-nın bir qoludur və hər ikisi beynəlxalq dairələr tərəfindən terrorçu qruplar hesab olunur.

Aydın