Ölkə 16:20 28.06.2022

Qəsəbə sakinlərindən maraqlı təşəbbüs (FOTOLAR)

Abşeron rayonunun Saray qəsəbəsində 1-ci və 2-ci Qarbağ, Aprel döyüşləri və iyul hadisəsi şəhidlərinin əziz xatirəsinə bulaq inşa edilib. 6 dost qəsəbə sakinlərinin dəstəyi ilə şəhidlərimizin şəkilləri əks olunan löhvə inşa edərək onların xatirəsini əbədiləşdiriblər.

Qaynarinfo xəbər verir ki, bu işə öndərlik edən 6 dost - Cəlal Həsənov, Ülvi Xəmməmədov, Nicat Həsənov, Gündüz Abbasov, Güləli İbayev, Elçin İbayev və yerli sakinlər bu örnək iş üçün aylarla çalışıb, kiçik büdcələri ilə böyük iş ərsəyə gətiriblər.

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə kiçik parkın açlışı olub. Açlışda şəhid ailələri, qazilər, ictimai birlik rəhbərləri, Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi, Milli Qeyri Hökümət Təşkilatları Formunun prezidenti Rauf Zeyni və qəsəbə sakiləri iştirak edib.

Tədbiri şəhid mayor Vüsal Vəliyevin qardaşı, gənc alim Elyar İslamoğlu, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, "İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyin sədri və "Öndər TV" internet televiziyyasının təsiscisi Ramil Əliyev təşkil edib.