Qırğızıstanın Müdafiə Nazirliyi "Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv etmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə oktyabrın 9-da "Sputnik-Qırğızıstan” idarənin mətbuat xidmətinə istinadən məlumat
yayıb.
Bu təlimlər oktyabrın 10-dan 14-dək respublika ərazisində (Edelveys poliqonunda) keçirilməli idi. Ləğv edilmə səbəbləri açıqlanmayıb. Onlar sülhməramlı əməliyyat keçirməyi və atəşkəsi təmin etməyi məşq etməli idilər.
Təlimlərə 6,5 mindən çox insan, 850-dən çox hərbi və xüsusi texnika, o cümlədən aviasiya, helikopter və PUA-lar cəlb olunub.
Tədbirə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri qoşulub, Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan da müşahidəçilər dəvət olunub.
2012-ci ildən birgə təlimlər çərçivəsində KTMT-nin sülhməramlı qüvvələri ilə "Sarsılmaz Qardaşlıq” təlimləri keçirilir.
Alpər
Şərhlər