Xəbər lenti

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
Ölkə 19:46 05.05.2024

Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)

Bu gün ölkəmizdə orta və ali təhsil müəssisələrini fərqlənmə ilə bitirən kifayət qədər insan var. Ancaq çoxlarının fikrincə, bu gün qırmızı attestat və ya qırmızı diplomun heç bir xüsusi çəkisi yoxdur və sahiblərinə hər hansı üstünlük qazandırmır.

Baku TV mövzu ilə bağlı tələbələr arasında sorğu keçirib. Onların əksəriyyəti hazırkı dövrdə qırmızı diplomun çox da əhəmiyyətinin olmadığını bildiriblər.

"Qırmızı diplom işə yaramır. Hamısı çaydan altında durur. Dostum qırmızı diplom alıb, amma hələ işə girə bilməyib”, - tələbə deyib.

Bəs universiteti yüksək qiymətlərlə bitirən məzunların aldığı qırmızı diplomlar onlara nə vəd verir, gələcək karyeralarında hansı imkanlar qazandırır?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->