Siyasət 10:56 25.04.2023

Qulamhüseyn Əlibəyli bundan sonra hansı işlə məşğul olacaq?

"Heç bir siyası partiyanın üzvü olmayacağam”.
 
Bunu Qaynarinfo-ya açıqlamsında fəaliyyətini dayandırmış Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib. 
 
Qulamhüseyn Əlibəyli bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində müəllim kimi davam etdirəcək:

"Eyni zamanda ölkənin siyasi həyatından da kənarda qalmaq fikirində deyiləm. Ölkədə baş verən siyasi proseslərə münasibət bildirəcəyəm”. 

Qeyd edək ki, Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışıb. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri olub. 1995-ci il noyabrın 12-də I çağırış Milli Məclisin deputatı seçilib. Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində yenidən qalib gəlib.

Qulamhüseyn Əlibəyli 2008-ci ildə baş tutan prezident seçkilərində mübarizə aparıb. Nəticədə 81 120 səslə (2.20 %) 7 namizəd sırasında 5-ci pillədə qərarlaşıb. 

O, 2008-ci il noyabrın 14-də Aydınlar Partiyasını qurduğunu elan edib. Aydınlar Partiyası 2009-cu il noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra - 22 aprel 2023-cü il tarixində Aydınlar Partiyası növbədənkənar qurultay keçirib, qurultayda partiyanın fəaliyyətinə xitam verib.

Bahar Rüstəmli