Ölkə 09:18 29.06.2022

Qurbanlıq heyvanların qiyməti neçədən başlayacaq? (VİDEO)

Qurban bayramı ərəfəsində bahalaşacağı, sonra isə ucuzlaşacağı gözlənilir.

Söhbət Qurban bayramı ilə bağlı satışa çıxarılacaq heyvanlardan gedir.

Satıcılar "Xəzər Xəbər"ə bildirib ki, Qurban bayramı ərəfəsində heyvanların qiyməti artacaq, amma bayramdan sonra düşəcək.

Tovuz bazarındakı satıcıların sözlərinə görə, yemin qiymətindəki artım satışa təsir edib.

Mingəçevir bazarında isə qəssablar bildirir ki, əvvəlki aylarla müqayisədə qiymətlər 1-3 manat bahalaşıb. Bu da qurbanlıq heyvanların satış qiymətində özünü hiss etdirəcək.

Bayram ərəfəsində isə qiymətlərin bir az artacağı istisna edilmir.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il ənənəvi qaydada"Kənddən şəhərə"qurban yarmarkalarının keçirilməsi planlaşdırılır.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, heyvan kəsim məntqələrinə xüsusi nəzarət ediləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar qaydalara uyğun kəsilmiş heyvanların satışı həyata keçiriləcək.