Azərbaycanlı atlet, dünya və Avropa çempionu Ramil Quliyevə "Fənərbağça"da yüksək vəzifə verilib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, idmançı "Fənərbağça"nın Atletika Departamentinin rəhbəri təyin edilib.
Klubun binasında keçirilən imza mərasimində Atletika Departamentindən məsul İdarə Heyətinin üzvü Ozan Vural və Həvəskar Filiallar üzrə koordinator Yüksel Seçkin Saruhan iştirak ediblər.
"Yeni Departamentimizin rəhbəri Ramil Quliyevə vəzifəsində uğurlar arzulayırıq və ümid edirik ki, bu, klubumuz və Atletika Departamentimiz üçün faydalı olacaq", deyə rəsmi açıqlamada bildirilir.
Qeyd edək ki, Ramil Quliyev 1990-cı il mayın 29-da anadan olub. O, 2017-ci il Dünya çempionatının, 2018-ci il Avropa çempionatının qalibi olub. Əvvəllər Azərbaycanı təmsil edən idmançı 4 aprel 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib və qardaş ölkəni təmsil etməyə başlayıb.
Ramil Quliyev 2019-cu ildə Rusiya atleti Yekaterina Zavyalova ilə evlənib. Cütlüyün bir qızı var.
Aydın
Şərhlər