Xəbər lenti

Ekonomiks 18:44 13.10.2023

Ramiz Mehdiyevin kürəkənin şirkəti cərimələnə bilər - 6 min manat...

İnformasiya texnologiyaları və telekommunikasiya sahəsində provayder şirkətlərdən biri olan "Kaspian Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (anunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İş hakim Azər Tağıyevin icraatına verilib. Protokol təsdiq olunarsa, şirkət 4 min manatdan 6 min manatadək cərimələnə bilər. İşə 26.10.2023-cü il tarixində baxılacaq. 

Qeyd edək ki, 2017-ci ildən şirkətin qanuni təmsilçisi Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin sabiq Prezident Administrasiyasının və AMEA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur. 

Sözügedən şirkətin ötən ilin 6-cı ayına kimi qanuni təmsilçisi Sadıqov Fərid Akif oğlu olub. Fərid Sadıqov həm də "Astoriya Tibb Mərkəzi” MMC-nin qanuni təmsilçisi idi. 13.06.2022-ci ildə "Kaspian Telekom" MMC-nin qanuni təmsilçisi Orxan Əliyev, bir gün sonra, yəni 14.06.2022-ci ildə Əliyev İlham Əli Səftər oğlu "Astoriya Tibb Mərkəzi” MMC qanuni təmsilçisi olublar.

Əhməd
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->