"Rasim Balayevin sədr seçilməsi İttifaqın fəaliyyətinə ikinci nəfəs verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar ittifaqının katibi Əli İsa Cabbarov deyib. O, hesab edir ki, Rasim Balayevin nüfuzu Kinematoqrafçılar İttifaqı ətrafında daha çox kinematoqrafçını toplamağa səbəb olacaq:
"Rasim Balayevin nüfuzu dövlət orqanları ilə münasibətlərimizdə də inkişaf yaradacaq. Kinematoqrafçılarımızın öz sözlərini dövlətə çatdırmağa Rasim müəllim kimi nüfuzlu şəxs lazım idi".
Bahar Rüstəmli
Şərhlər