Ölkə 19:21 23.05.2023

Rayonlarda leysan yağışları yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.