İdman 22:42 10.08.2022

Renat Dadaşov İsveçrə klubunda növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin "Qrasshopper" klubunda 2-ci qolunu vurub.

"Report"un məlumatına görə, 23 yaşlı hücumçu səfərdə "Lütsern"ə qarşı keçirilən İsveçrə Super Liqasının I turundan təxirə salınmış oyunda fərqlənib.

38-ci dəqiqədə rəqib qapısına yol tapan forvard komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda qarşılaşmada fasilədir. İlk hissədən sonra hesab 1:1-dir.