Ölkə 15:03 14.03.2024

Rəşad Nəbiyev Şəmkirdə şəhid ailəsini ziyarət etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Şəmkir şəhərinə səfəri çərçivəsində şəhid Mətləb Zamanovun ailəsini ziyarət edib.

Qaynarinfo xəbər verir ki, görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan və şücaətlərindən danışıblar.