Ölkə 18:45 01.06.2023

Respublika Uşaq Sanatoriyasının “texniki su əməliyyatı” – Texniki suyu içməli sudan baha satan şirkət kimindir?

Respublika Uşaq Sanatoriyası texniki suyun satın alınması ilə bağlı tenderə yekun vurub.
 
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Vineks-22” MMC olub. 

Tərəflər arasında bağlanacaq müqavilənin maliyyə dəyəri 67 000 AZN-dir. 

Tenderin şərtlərindən məlum olur ki, Respublika Uşaq Sanatoriyası 26 800 ton texniki su alacaq.
Bu halda suyun 1 tonu 2,5 AZN-ə başa gələcək. Bu içməli suyun qiymətindən azı 3 dəfə bahadır. 
Bu da sanatoriyanın keçiridyi tender barədə müəyyən şübhələrə səbəb olub. 

Tenderin qalibi olan "Vineks-22” MMC-yə gəlincə, şirkət 16 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Q.Abbasov küçəsi, ev 29-da yerləşir. Şirkətin qanuni təmsilçisi Cavadov Rəmal Ağalar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. 

Respublika Uşaq Sanatoriyası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Seyid