Dünya 13:38 23.12.2023

Reuters: 10 Çin təyyarəsi Tayvan boğazını keçdi

Tayvanın Müdafiə Nazirliyi şənbə günü adanın yaxınlığında uçan 10 Çin hərbi təyyarəsini, eləcə də Çin döyüş gəmilərini aşkar etdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazıb.

Reydin təfərrüatları barədə məlumat verilməyib. Bununla belə, Çin tərəfdən hələlik heç bir rəsmi mesaj yoxdur.

Dekabrın 21-də politoloq Danila Qureyev Tayvanı sülh yolu ilə Çinə birləşdirmək mümkün olmayacağını, çünki bu məsələnin ABŞ üçün kritik əhəmiyyət kəsb etdiyini bildirib.

Həmin gün Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki , Pekin ABŞ-dan adaya silah tədarükünü dayandırmaq üçün Tayvana qarşı öhdəliklərini yerinə yetirməsini gözləyir.

Bundan bir qədər əvvəl ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham Pekinin Tayvana nəzarəti bərpa etməyə cəhd edəcəyi təqdirdə Çini "cəhənnəm sanksiyaları” ilə hədələyib.

Dekabrın 20-də Amerika televiziya kanalı NBC xəbər verib ki, Çin Xalq Respublikasının sədri Si Szinpin San-Fransiskoda ABŞ prezidenti Co Baydenlə görüşü zamanı Tayvanın Çinlə yenidən birləşəcəyini ona birbaşa deyib.

Alpər