Dünya 10:21 11.08.2022

Rus təyyarələrinin Belarusdakı aerodromunda da partlayışlar baş verdi - KİV

Belarusda avqustun 11-nə keçən gecə Zabrovka aerodromunda partlayış səsləri eşidilib, alovlar görünüb. Hərbi obyekt Qomel vilayətində yerləşir.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə "Belarusian Gayun” Telegram kanalı məlumat yayıb.

"Zyabrovka aerodromunun ərazisində partlayış səslərinin eşidilməsi və alovların görünməsi ilə bağlı məlumatlar var. Məlumatlar eyni vaxtda bir neçə mənbə tərəfindən təsdiqlənib", - media yazır.

Xatırladaq ki, təyyarənin Qomelə enməsindən üç gün əvvəl, ehtimal ki, S-300/S-400 hava hücumundan müdafiə sistemlərinin raketlərini daşıyan nəqliyyatın hərəkətini müşahidə ediblər.

Əvvəllər bildirilirdi ki, ruslar hava hücumundan müdafiə üçün nəzərdə tutulan S-300 raketlərini konvertasiya edir və onlardan yer atəşləri açır.
Bundan əlavə, Pentaqon ilk dəfə olaraq Ukraynaya yeni tipli AGM-88 (HARM) raketinin göndərilməsini təsdiqləyib. Onlar Rusiyanın S-400 kimi zenit radar sistemlərini məhv etmək üçün istifadə edilə bilər.

Belarusun Zyabrovka aerodromunda gecə saatlarında baş verən partlayışlar və alovlanmalardan sonra Belarus Respublikasının Müdafiə Nazirliyi onların səbəbini tələsik açıqlamağa çalışıb.

Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, partlayışlara səbəb "texniki hissələrdən birinin yanmasıdır”.

"Avqustun 10-da saat 23:00 radələrində mühərrik dəyişdirildikdən sonra avadanlıqlardan birinin idarəetmə qurğusu alışıb. Şəxsi heyət tərəfindən söndürülməsi üçün vaxtında tədbirlər görülüb. İtki yoxdur", - Müdafiə Nazirliyindən bildirilib.
 
Alpər