Dünya 20:26 25.04.2023

Rusiya bir neçə istiqamətdə hücuma keçə bilər - ABŞ xəbərdarlıq etdi

Rus qoşunları cəbhənin bir neçə istiqamətdə hücuma keçə bilər. Onların bu hərəkəti Ukraynada hava şəraitinin yaxşılaşması ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, müttəfiqlər Ukraynaya təhlükəsizlik yardımını gücləndirir ki, onların əks hücuma keçmək üçün hər cür imkanları olsun.

"Biz bilirik ki, yazda, hava yaxşılaşdıqda rusların bəzi bölgələrdə hücuma keçmək istəməsini gözləyə bilərik, amma bunu harada və necə edəcəklərini dəqiq bilmirik. Lakin biz ukraynalıların ondan daha yaxşı müdafiə oluna bilmələrini təmin etmək istəyirik", deyə Kirbi bildirib.

Bundan əlavə, Ağ Evin sözçüsü Ukrayna Silahlı Qüvvələrinin bu gün üçün əsas ehtiyaclarını da qeyd edib. Onların arasında zirehli texnika, artilleriya, hava hücumundan müdafiə vasitələri, logistika var.

Aydın