Rusiya "tranzit məntəqəsinə” çevrilmiş bir qrup ölkənin şərikliyi sayəsində sanksiyalardan yayınaraq Qərb mallarını almağa davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
WSJ-nin məlumatına görə, ABŞ və Aİ-dən Ermənistan, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Qazaxıstana ikili təyinatlı malların ixracı 2021-ci ildəki 14,6 milyard dollardan keçən il 24,3 milyard dollara yüksəlib.
Materialda deyilir ki, 2022-ci ildə bu ölkələr birlikdə Rusiyaya ixracı təxminən 50% artırıb.
Nizami Bağırov
Şərhlər