Dünya 22:04 13.02.2024

Rusiya ərəb ölkələrində ordunun ehtiyacları üçün "Starlink" alır - QUR

Rusiya ərəb ölkələrində İlon Maskın "Spase X" şirkətindən "Starlink" peyk internet terminallarını alır.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidmətindən məlumat verilib .

"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, təcavüzkar dövlət Rusiya ərəb ölkələrindəki müharibədə istifadə etmək üçün rabitə avadanlığı, o cümlədən "Starlink" peyk internet terminalları alır”, - məlumatda deyilir.

Kəşfiyyat göstərir ki, yeni radio kəsmələri rus işğalçılarının "Starlink" peyk rabitə terminalı əldə etmək üçün müvafiq imkanları müzakirə etdiyini göstərir.

Orada işğalçılardan biri deyir ki, ərəblər hər şeyi gətirir: naqillər, Wi-Fi, marşrutlaşdırıcı və bir Starlink terminalının alınmasının qiyməti 200 min rubla (təxminən 2200 dollar) başa gəlir.

Xatırladaq ki, Rusiya hərbçiləri öz mövqelərində İlon Maskın "SpaceX" "Starlink" terminallarından istifadə etməyə başlayıblar.

Bazar günü, fevralın 11-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rusların Starlink-dən istifadə etdiyini təsdiqləyib və bildirib ki, Rusiya üçüncü ölkələr vasitəsilə "Starlink"i satın alaraq paralel idxal deyilən üsullarla işləməyə davam edir.

Rusiya tərəfi bildirib ki, onlar "Starlink"dən döyüşdə istifadə etmirlər, çünki sistem Rusiya Federasiyasında sertifikatlaşdırılmayıb.

Alpər