İdman 17:55 05.05.2022

Rusiya Futbol Federasiyası UEFA-dan ayrılır

Rusiya Futbol Federasiyası komandalarının gələn mövsüm avrokuboklarda iştirakına icazə verilmədiyi üçün UEFA-nı tərk etməyə hazırlaşır. 

Qaynarinfonun məlumatına görə federasiya Asiya Futbol Konfederasiyasına daxil olmaq üçün fəaliyyətə başlayıb. Ukrayna ilə müharibə səbəbindən beynəlxalq idman qurumları Rusiya komandalarının və yığmasının müxtəlif yarışlardan uzaqlaşdırılmasına qərar verib.

Rusiya Futbol Federasiyası bununla bağlı İdman Arbitraj Məhkəməsinə şikayət etsə də, sonradan etirazını geri götürüb. 

AFC (Asiya Futbol Konfederasiyası) Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələri UEFA ilə müzakirə edəcək.

Səbuhi Həsənov