Dünya 18:36 10.11.2022

Rusiya MN-dən Xersondan geri çəkilməsi haqda açıqlama: "Manevr plana uyğun gedir”

Rusiya Müdafiə Nazirliyi Xerson vilayətinin sağ sahilindən geri çəkilməsindən danışaraq, "manevrin” "təsdiq edilmiş plana ciddi şəkildə uyğun olaraq” həyata keçirildiyini bildirib.

Qaynarinfo Pravda.com.ua-ya istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Rusiya qoşun qruplaşmasının bölmələri təsdiq edilmiş plana ciddi uyğun olaraq Dnepr çayının sol sahilində hazırlanmış mövqelərə manevr edirlər”.
Qeyd olunur ki, ruslar şəhər tamamilə Dnepr çayının sağ sahilində yerləşsə də, Xersona diqqət yetirmirlər.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı cümə axşamı bildirib ki, Ukrayna noyabrın 9-da Xerson istiqamətində 12 yaşayış məntəqəsini azad edib.

Noyabrın 9-da Ukraynadakı Rusiya işğalçı qüvvələrinin komandanı Sergey Surovikin bildirib ki, Xerson vilayətində Rusiya Federasiyası işğalçıları Dnepr çayının sol sahilinə keçirir, yəni Xersonu tərk edir.
 
Alpər