Dünya 18:43 12.05.2023

Rusiya Putinin həbsinə order verən BCM hakimlərini axtarışa verməklə hədələdi

Rusiya İstintaq Komitəsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimlərini axtarışa verməklə hədələyib.
 
Qaynarinfo "New voice”a istinadən xəbər verir ki, Rusiyanın TASS agentliyinin məlumatına görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin deyib.

"Bu qərarın qəbuluna fəal təsir göstərən məhkəmənin prokuroru, sədrləri və üç hakimi yaxın vaxtlarda axtarışa verəcəyik”, - Bastrıkin bildirib.

Xatırladaq ki, martın 17-də Haaqa yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar 2022-ci il fevralın 24-dən uşaqları Ukraynadan Rusiyaya qanunsuz deportasiya etməkdə ittiham olunurlar.

Nizami Bağırov