Dünya 14:52 20.05.2022

Rusiya Ukrayna limanlarını açmaq müqabilində Qərbdən nə istəyir?

Moskva bildirib ki, Rusiya BMT-nin taxıl ixracı üçün Ukraynanın Qara dəniz limanlarına çıxışın açılması ilə bağlı müraciətinə baxması üçün özü Rusiyaya qarşı qoyulan sanksiyalara yenidən baxmalıdır.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə İnterfax agentliyi məlumat yayıb. 

Dünyanın ən böyük taxıl istehsalçılarından biri olan Ukrayna mallarının böyük hissəsini dəniz limanları vasitəsilə ixrac edirdi, lakin Rusiya işğalından sonra ölkə mallarını qatarla və ya kiçik Dunay çayı limanları vasitəsilə ixrac etmək məcburiyyətində qalıb.

BMT-nin qida üzrə rəhbəri Devid Bisli çərşənbə günü Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, "Əgər sizin ümumiyyətlə ürəyiniz varsa, lütfən, bu limanları açın” deyib.

Bisli-nin Dünya Ərzaq Proqramı təxminən 125 milyon insanı qidalandırır və taxılın 50 faizini Ukraynadan alır.

"Siz nəinki Rusiya Federasiyasına müraciət etməlisiniz, həm də hazırkı ərzaq böhranına səbəb olan bütün səbəblərə dərindən baxmalısınız. Bunlar ilk növbədə ABŞ və Aİ tərəfindən Rusiyaya qarşı tətbiq edilən və buğda, gübrə və digər ərzaq məhsulları da daxil olmaqla normal azad ticarətə mane olan sanksiyalardır”,- Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Rusiyanın təxminən üç ay əvvəl Ukraynaya qoşun yeritmək qərarı Ukraynanın Qara və Azov dənizlərindəki əsas limanlarından istifadə etməsinə mane olub və bu ay taxıl ixracını bir il əvvəllə müqayisədə yarıdan çox azaldıb.

Nurlan