Dünya 10:24 25.06.2022

Rusiya XİN-dən nüvə silahı ilə bağlı şok açıqlama

Rusiya heç vaxt heç kəsi nüvə silahı ilə təhdid etməyib, Moskvanın nüvə silahının hipotetik istifadəsinə yanaşması yalnız çəkindirmə məntiqinə əsaslanır. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Bundan əvvəl Vyanada Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsini imzalayan 86 ölkənin nümayəndələrinin birinci konfransı keçirilib. İmzalayan ölkələr NATO-nun üzvü deyil və nüvə silahına malik deyillər.

"İştirakçı Dövlətlərin Konfransı (TPNW – red.) ərəfəsində Ukrayna münaqişəsi kontekstində "nüvə silahından istifadə ilə bağlı qarşılıqlı təhdidlər”lə bağlı verilən bəyanatlar, o cümlədən konfransın tribunasından Rusiyanın İddia edilən "nüvə şantajı” çaşqınlıq yaratmaya bilməz. Bir daha vurğulayırıq: Rusiyadan heç bir "nüvə təhlükəsi” olmayıb və indi də yoxdur”, - şərhdə deyilir.

2018-ci ilin oktyabrında Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa birlikdə NPT-nin əleyhinə olduqlarını və imzalamayacaqlarını bəyan ediblər.

2019-cu ilin noyabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya nüvəsiz dünya qurmaq ideyasına sadiqdir, lakin onun fikrincə, bu dünya belə birtərəfli və təkəbbürlü şəkildə qurulmamalıdır. Bundan əlavə, nüvə silahını tamamilə aradan qaldırmaq yalnız ümumi və tam tərksilah olduqda mümkündür.
 
Alpər