Dünya 18:45 17.05.2023

Rusiyada hipersəs raketin yaradıcıları dövlətə xəyanətdə ittiham olunur

Hipersəs raket texnologiyası üzərində işləyən üç rusiyalı alim "çox ciddi ittihamlarla” üzləşib. 
 
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Federasiyası Prezidentinin spikeri Dmitri Peskov deyib.

Ötən gün Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin alimləri açıq məktub dərc edərək, ictimaiyyətin diqqətini həmkarlarının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən əsassız şəkildə təqib etmələrinə yönəltməyə çalışıblar. Söhbət dövlətə xəyanətdə ittiham olunan hipersəs raket texnologiyası sahəsində mütəxəssislərdən gedir. Onlardan biri üç həftə əvvəl, qalanları isə ötən il həbs edilib.

Peskov deyib ki, Kreml alimlərin müraciətini görüb, lakin guya onlar vəziyyətə müdaxilə edə bilmirlər.

"Rusiya xüsusi xidmət orqanları işləyir, öz funksiyalarını yerinə yetirirlər. Bu, çox ciddi ittihamdır. Təbii ki, insan ancaq məhkəmənin qərarı ilə təqsirli bilinə bilər. Və təbii ki, istintaq zamanı bizim hansısa şərh verməyə haqqımız yoxdur”, - deyə o, jurnalistlərin sorğusunu cavablandırıb.

Alpər