Xəbər lenti

Dünya 09:25 21.09.2023

Rusiyada Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiqi təklif edildi: “Qovulmalıdırlar”

"Ədalətli Rusiya" partiyası Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiqini təklif edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın lideri Sergey Mironov parlamentin tribunasından çıxışı zamanı deyib

"Miqrasiya mövzusu. Asayişi bərpa etmək lazımdır. Mən tam əminəm: Mərkəzi Asiya ölkələri ilə viza rejimi tətbiq olunmasa, biz tezliklə çox ciddi problemlər yaşayacağıq!”, - deyə Mironov bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyada miqrantlar arasında cinayətdə ciddi artım var.

"Bizim miqrant patent alır, 2-3 min verir, sonra onun burada nə işlə məşğul olduğunu heç kim bilmir. Amma o heç nə etmir. Gəlir, artıq burada qohumları, klanları var. Gic-gic işlərlər məşquldur, heç işləməyəcək də”, - Mironov bildirib.

O hesab edir ki, hər bir işəgötürən işə götürülən hər bir miqrant üçün şəxsən məsuliyyət daşımalıdır: "Bizə işləməyə gələn insanlar burada cinayət törədəndə mən tam əminəm ki, qanun çərçivəsində cavab verməli olması ilə yanaşı, bütün ailəsi, bütün klanı evə göndərilməlidir”, - Mironov bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->