Dünya 18:10 06.05.2023

Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd oldu

Rusiyalı yazıçı və siyasətçi Zaxar Prilepinə qarşı sui-qəsd cəhdinin bəzi təfərrüatları məlum olub.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu gün yerli vaxtla yazıçının olduğu "Audi Q7” markalı avtomobil Nijeqorod vilayətinin Bor şəhərində hərəkətdə olan zaman partladılıb.

Nəticədə Prilepin ağır yaralanıb. Onun sürücüsü və mühafizəçisi Ukrayna vətəndaşı olan Aleksandr ölüb.

Məlum olub ki, Prilepin bu gün Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilib.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda partlayışın baş verdiyi ərazidə olduğu, həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunub.