Dünya 10:29 01.06.2023

Rusiyanın hərbi qarajında qətliam: Ukrayna müharibəsi nə qədər rus tankını “yeyib”?

Ukraynanın işğalından sonra Rusiya tanklarının təsdiqlənmiş itkilərinin sayı 2000-i ötüb. Rusiya ordusu 1950-1960-cı illərin texnikasını üzə çıxarmalıdır. Analitiklər qeyd edirlər ki, onlar faktiki tank əməliyyatları üçün uyğun olmasa da, artilleriya dəstəyi kimi istifadə olunur.

Qaynarinfo xəbər verir ki, Niderlandın Oryx saytı üçün hərbi texnika itkilərinin siyahısının tərtibində iştirak edən Yakub Yanovski The Business Insider-ə müsahibəsində müharibənin əvvəlində Rusiyanın 3000-ə yaxın döyüşə hazır tankı olduğunu bildirib

Oryx-ə görə, mayın 31-nə Rusiya 2001 tank itirib, bunun dörddə birindən çoxu düşmənə "hədiyyə edilib": Ukrayna qoşunları 544 tankı ələ keçirib, daha 1238-i məhv edilib, 106-sı zədələnib, 113-ü atılıb https://www.oryxspioenkop.com/2022/02/attack-on-europe-documenting-equipment.html . 

Beləliklə, Rusiya Ukraynada gündə orta hesabla 4,3 tank itirir.

2021-ci ildə Britaniya Beynəlxalq strateji araşdırmalar institutunun Military Balance məlumat bazasına əsasən, Rusiya Federasiyasının silahlı qüvvələrində 3330 tank xidmətdədir, onlardan 2840-ı quru qoşunlarında, qalanları hava-desant, dəniz piyadaları və sahil müdafiə qüvvələrində. Yanovski bildirir ki, Oryx yalnız sənədləşdirilmiş (foto və video) itkiləri nəzərə alır, ona görə də reallıqda Rusiya daha çox texnika itirib. 

Onun sözlərinə görə, bu cür fəlakətli nəticələrin səbəbləri "ilkin işğalın ehtiyatsız planı", Ukrayna silahlı qüvvələrinin tank əleyhinə silahlardan, minalanmış sahələrdən və artilleriyadan səmərəli istifadə etməsidir. Buna ağılsız əməliyyatları da əlavə etmək olar, məsələn, 2022-ci ilin mayında Severski Donets çayını keçməyə doqquz cəhd (80-ə yaxın zirehli texnika və 400-dən çox insan itkisi ilə) və ya 2023-cü ilin fevralında Uqledar yaxınlığındakı hücumda, general-polkovnik Rüstəm Muradov ordunu minalanmış sahələrə və artilleriya atəşi altına atdıqda, üç gün ərzində iki elit dəniz briqadası və 103 texnika, o cümlədən 36 tank (Oryx hesablamalarına görə) itirildi.

Və Xarkov vilayətində payız hücumu zamanı Ukrayna Silahlı Qüvvələri 200-ə yaxın tankı ələ keçirə bilib.

Yanovski qeyd edir ki, Rusiya qüvvələri ehtiyatda saxlanılan 4000-ə yaxın tankla itkiləri kompensasiya etməli olub. Onların bir çoxu 1960-1970-ci illərdə istehsal edilib, mart ayında isə 1940-1950-ci illərdə istehsal olunmuş T-54 və T-55 tanklarını daşıyan qatarların fotoşəkilləri qeydə alınıb. 

Oryx-ə görə, Ukrayna cəmi 506 tank itirib; yəni Rusiyadan alınan qənimətlər onun itkilərini tam kompensasiya edib. İtkilərin nisbəti hələ də Ukraynanın xeyrinədir, lakin artıq keçən payızdan azdır, - Yanovski bildirir. 

Rusiya ordusunun səhvlərindən nəsə öyrəndiyini Kral Birləşmiş Müdafiə Tədqiqat İnstitutunun (RUSI) ekspertləri Cek Uotlinq və Nik Reynolds da təsdiqləyir. Tanklar termal kamuflyajdan istifadə etməyə başladılar ki, bu da onların aşkarlanma ehtimalını xeyli azaldır, "Ətçəkən maşın: Ukraynadakı müharibənin ikinci ilində Rusiya taktikası" adlı hesabatında yazırlar. Bundan əlavə, onlar indi çox nadir hallarda irəliləyişlər üçün istifadə olunur, xüsusən də Ugledar yaxınlığındakı fəlakətdən sonra. Onlar əsasən artilleriya atəşi üçün istifadə olunur, belə ki, hətta "internetdə ələ salınan T-62 və T-55" də piyada döyüş maşınları kimi atəş dəstəyi üçün effektiv şəkildə istifadə edilə bilər, - Uotlinq və Reynolds yazırlar.

Nizami Bağırov