Dünya 09:18 16.02.2024

Rusiyanın sərnişin gəmisi Xəzər dənizində batdı

Xəzər dənizində Rusiyanın göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmisi batıb.

Qaynarinfo xəbər verir ki, hadisə zamanı iki nəfər itkin düşüb.

"İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan bütün şəxslər suya düşüb. Üç saatdan çox soyuq suda qaldıqdan sonra iki kişi itkin düşüb", - məlumatda deyilir.

Qayıq vasitəsi ilə sahilə çıxarılan daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşənlərin axtarışı davam edir. Müstəntiqlər hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırma aparırlar.