Rusiyanın Ukraynadakı hərbi cinayətləri dünyaya Srebrenitsadakı (Bosniya və Herseqovina) soyqırımı xatırlatır.
Qaynarinfo bu barədə Avropa diplomatiyasının rəhbəri Cozef Borrel və Avropa komissarı Oliver Varqelinin soyqırımın 27-ci ildönümü ilə bağlı birgə bəyanatına istinadən məlumat
yayıb.
Bəyanatda deyilir ki, Avropa Srebrenitsa soyqırımının bütün qurbanlarının xatirəsini ehtiramla yad etməyə davam edir.
"Amma bu gün də biz sülhü təbii qəbul edə bilmərik. Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzü qitəmizə amansız müharibəni qaytardı. Ukraynada şahidi olduğumuz qırğınlar və hərbi cinayətlər 1990-cı illərdə Qərbi Balkanlarda müharibənin şahidi olanlarda parlaq xatirələr oyadır”, deyə Avropa Komissiyası qeyd edib.
Bəyanatda həmçinin qeyd edilir ki, Avropa bosniyalı müsəlmanların qətliamının qarşısını ala bilmədiyi üçün öz məsuliyyətini unutmayıb.
Srebrenitsada soyqırım 1990-cı illərdə Yuqoslaviya müharibələrinin epizodlarından biri olub. BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprelində Srebrenitsa anklavını təhlükəsizlik zonası elan etdikdən sonra - 1995-ci ildə bosniyalı serblər ordusu tərəfindən ələ keçirilib.
Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın müəyyən etdiyi kimi, Serbiya ordusunun əsgərləri 7000-8000 bosniyalı müsəlmanı qətlə yetiriblər. 2003-cü ildə Serbiya soyqırımına görə məsuliyyəti rəsmən etiraf edib.
Srebrenitsa soyqırımı digər təhlükəsizlik zonalarına hücumların qarşısını almaq üçün NATO-nun serb mövqelərinə zərbələr endirməsinə səbəb oldu. Qərbin müdaxiləsi nəticədə xorvatlar və boşnaklar müharibənin nəticəsini və Yuqoslaviyanın son süqutunu əvvəlcədən müəyyən edən bir neçə hücum əməliyyatı keçirməsinə səbəb oldu.
Beynəlxalq tribunal bosniya serb komandirlərini soyqırımda iştirakda ittiham edib, qoşunların komandanı Ratko Mladiç isə ömürlük həbs cəzasına məhkum edilib.
Nizami Bağırov
Şərhlər