Dünya 14:03 18.12.2022

Rusiyanın Ukraynadakı uğursuzluqları Çinin Tayvanla bağlı planlarına təsir edir - MKİ rəhbəri

ABŞ kəşfiyyatının rəhbəri Uilyam Börns bildirib ki, Çin lideri Si Cinpin Rusiyanın Ukraynaya müdaxiləsinin uğursuzluğundan narahatdır, çünki bu, onun Tayvanla bağlı planlarına təsir edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın Səsi” Börnsin PBS telekanalına müsahibəsinə istinadən yazır.

"Mən düşünmürəm ki, hansısa xarici lider Tayvan və başqa yerlərdə öz ambisiyaları haqqında düşünən Si Szinpin qədər müharibəyə və Rusiyanın zəif hərbi göstəricilərinə diqqət yetirsin”.

Börns əlavə edib ki, "Çin rəhbərliyinin Ukraynadakı müharibəyə reaksiyasını görmək maraqlı idi”, çünki Ukraynanın işğalından bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putin və Si Szinpin Pekin Qış Olimpiya Oyunlarında görüşüb və "sərhədsiz dostluq” elan ediblər".

"Belə çıxır ki, bu tərəfdaşlığın müəyyən sərhədləri var. Ən azı prezident Sinin Putinə Ukraynadakı müharibə zamanı istədiyi hərbi yardımı vermək istəməməsi baxımından”, - Börns deyib.

Eyni zamanda, Börns əlavə edib ki, "Mən Çin və Rusiya rəhbərliyinin bu tərəfdaşlığa sadiqliyini bir an belə şübhə etməzdim”.

Nizami Bağırov