Dünya 21:40 25.02.2023

Ruslara Aİ-də rəhbər vəzifələr tutmaq qadağan edildi

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 10-cu sanksiya paketini açıqlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yeni sanksiyalar nəticəsində Rusiyaya ixrac edilə bilməsi qadağan olunan məhsulların siyahısı genişlənib.
Ətraflı

Rusiyaya əhəmiyyətli gəlir gətirən asfalt və sintetik kauçuk kimi malların idxalına da əlavə məhdudiyyətlər qoyulub.

Rusiya vətəndaşlarına Avropa İttifaqının strateji müəssisələrində rəhbər vəzifələr tutmaq da qadağan edilib.

Həmçinin, Rusiyanın daha 3 bankı Aİ-nin "qara siyahı"sına salınıb.