İdman 22:12 10.03.2023

"Sabah"dan sumqayıtlılara 4 qol

Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt" səfərdə "Sabah"ın qonağı olub.
 
Qaynarinfo-nun məlumatına görə "Bank Respublika Arena"da baş tutan görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0. "Sabah"ın heyətində Coy Lens Mikels (45), Aleksey Kaşuk (75), Ceyhun Nuriyev (85) və Seymur Məmmədov (90+2) fərqlənib. Bununla da xallarının sayını 59-a çatdıran Bakı komandası ikinci pillədə yerini möhkəmləndirib. "Sumqayıt" isə 21 xalla 7-ci yerdə qərarlaşıb. 
 
Turun bu gün keçirilən ilk matçında aşağıdakı nəticə qeydə alınıb:
 
"Kəpəz" - "Zirə" 1:1
 
Turun digər oyunları sabah və birisigün keçiriləcək. Martın 11-də "Turan Tovuz” "Qəbələ”ni, "Qarabağ” "Səbail”i qəbul edəcək. Ertəsi gün isə "Neftçi” səfərdə "Şamaxı”nın qonağı olacaq.
 
Səbuhi Həsənov