İdman 21:38 09.07.2023

"Sabah" Qətər klubuna qalib gəldi

Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən "Sabah” klubu ilk yoldaşlıq görüşünü keçirib.

Qaynarinfo-nun məlumatına görə, paytaxt təmsilçisi Qətərin "Əl-Sədd” klubu ilə qarşılaşıb.

Görüş "Sabah”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Namik Ələskərov, Con İrrasabal və Emmanuel Apeh vurub.