Xəbər lenti

Ekonomiks 11:20 21.08.2023

Sahibkarlarla növbəti görüş Şəmkir rayonunda keçiriləcək

"Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şəmkir rayonunda keçiriləcək.

Qaynarinfo "Azəriqaz”a istinadən xəbər verir ki, "Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şəmkir rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” avqustun 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?