Ekonomiks 16:26 25.09.2022

Sahibkarlarla növbəti görüş Siyəzən rayonunda keçiriləcək

SOCAR "Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. 

Qaynarinfo xəbər verir ki, "Azəriqaz”ın KOBİA ilə birgə "Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Siyəzən rayonunda görüşü təşkil olunacaq. 

Aksiya Siyəzən şəhəri, Heydər Əliyev prospekti, Mərkəzi Kitabxananın qarşısında baş tutacaq. "Səyyar qəbul otağı” sentyabrın 28-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.