Ölkə 13:15 22.12.2021

Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı Bakıda xərclədi

Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.

Qaynarinfo-nun Report-a istinadən məlumatına görə, hadisə noyabr ayında qeydə alınıb.

Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.

İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.