İdman 15:06 06.04.2022

"Şamaxı"nın ilk ev matçının vaxtı müəyyənləşdi

"Şamaxı"nın təmsil etdiyi rayondakı ilk matçının vaxı açıqlanıb.
 
Qaynarinfo xəbər verir ki, bu gündən adının dəyşdirildiyi rəsmən elan olunan klub növbəti turda baş tutacaq "Neftçi" ilə matçı Şamaxıda keçirəcək. Qarşılaşma aprelin 9-da saat 14.00-da baş tutacaq. 
 
Premyer Liqada XXII turun oyun cədvəli məlum oldu Turun bütün görüşləri "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
 
"Şamaxı" ilə yanaşı Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək digər oyunların da vaxtı və məkanı müəyyənləşib.

9 aprel (şənbə)

"Şamaxı” – "Neftçi”
Şamaxı şəhər stadionu, 14:00

"Sabah” – "Zirə”
"Bank Respublika Arena”, 17:00

10 aprel (bazar)

"Sumqayıt” – "Qarabağ”
"Kapital Bank Arena”, 18:30

"Səbail” – "Qəbələ”
"ASCO Arena”, 20:30
 
Səbuhi Həsənov