Xəbər lenti

Samir Ələkbərov bu klubun baş məşqçisi oldu
İdman 10:43 11.06.2026

Samir Ələkbərov bu klubun baş məşqçisi oldu

Azərbaycanın veteran futbolçusu, "Neftçi”nin əfsanəvi hücumçusu olmuş Samir Ələkbərov baş məşqçi təyin edilib.

Qaynarinfo xəbər verir ki, 57 yaşlı mütəxəssis 1-ci liqa təmsilçisi "Baku Sportinq"i çalışdracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin keçmiş üzvü 2019-cu ildən "Baku Sportinq"dədir. O, Buzovna təmsilçisinin akademiyasında koordinator vəzifəsində çalışırdı.S.Ələkbərov indiyə qədər "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İrəvan" klublarında işləyib.

--> -->