Texnologiya 13:16 30.08.2022

Samsunda "Teknofest 2022" həyəcanı yaşanır (FOTO/VİDEO)

Bu gün Türkiyənin Samsun şəhərində "Teknofest 2022" Aerokosmik və Texnologiya Festivalı işə başlayır.

Qaynarinfo xəbər verir ki, tədbir sentyabrın 4-nə qədər davam edəcək.

Festival Türkiyənin "Teknoloji Takımı Vakfı"nın (T3 Vakfı), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Festival bu gün səhər saatlarından ziyarətçilərin girişi üçün açıq elan edilib.
 
Azərbaycan da bu festivalda rəsmi səviyyədə təmsil olunur.
 
TEKNOFEST-in ilk günündə inventar keçidi, texnologiya yarışmaları, müzikal və konsertlər təşkil olunacaq. Raket, elektromobil, İHA və dizayn müsabiqələri keçirilərkən, təhsil elmi seminarları, sərgilər və məlumatlandırıcı elm atelyeləri ziyarətçilərin üzünə açıq olacaq.