Xəbər lenti

Texnologiya 23:32 16.05.2024

"Samsung" "Apple"ın mübahisəli "Crush!" reklamını ələ saldı (VİDEO)

"Samsung" öz "UnCrush” videosu ilə "Apple"in təxribatçı "iPad Pro" reklamını ələ salıb. Videoda qadın zibil qutusunun üstündən addımlayır və "Galaxy Tab S9" və "Galaxy AI" xüsusiyyətlərindən istifadə edərək gitara çalmağa başlayır.

Qaynarinfo xəbər verir ki, "Samsung", "Apple"in strategiyasında zəif tərəfləri tapmaq və ondan öz xeyrinə istifadə etmək bacarığı ilə tanınır.

"Apple"ın bu yaxınlarda keçirilən yaz təqdimatında yeni "iPad Air" və "iPad Pro" modelləri təqdim edilib. Bununla belə, şirkətin reklamı "UnCrush” ("Əzmək!") gözlənilməz şərhinə görə tənqid hədəfinə çevrilib.

Reklam çarxında hidravlik pres yaradıcı alətləri və incəsənət obyektlərini əzərək onları yeni "iPad Pro"ya çevirir. Reklamın arxasında duran ideya planşetin filmlərə baxmaq, musiqi hazırlamaq kimi müxtəlif yaradıcı və oxumaq, video, foto çəkmək kimi funksional məqsədlər üçün istifadə oluna bilməsi olub.

Lakin bu video texnologiyanın incəsənətə və bütövlükdə cəmiyyətə mənfi təsirinin metaforası kimi qəbul edilib. Nəhayət, "Apple"in marketinq kommunikasiyaları üzrə vitse-prezidenti Tor Mühren üzr istəyərək "reklamda hədəfi qaçırdıqlarını" söyləyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->