Gəncə Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayon sakini Vüsal Saadov tərəfindən evlənmək məqsədi ilə qaçırılan Gülər Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Faktla bağlı Nizami RPİ-də araşdırmalar davam etdirilir.
Şərhlər